“The Telegraph”: Trampın əlində Rusiyaya təsir kartları var

Dünya

18.05.2025 22:30

5

ABŞ prezidenti Donald Trampın Ukrayna münaqişəsinin sülh yolu ilə həlli üçün Rusiya və onun müttəfiqlərinə təsir etməyə kifayət qədər imkanları var, lakin bu imkanlardan düzgün istifadə etmək onun məsuliyyətidir.

TodayPress TV xəbər verir ki, bu barədə “The Telegraph” yazıb. 

“Trampın əlində həm Rusiya, həm də ona təzyiq edə biləcək ölkələr üzərində  bütün kartlar var. Bu kartları müdrik şəkildə oynamalıdır. Ukraynanın gələcəyi və qlobal təhlükəsizlik bundan asılıdır” deyə məqalədə qeyd olunub.

Yazıda vurğulanıb ki, Tramp və Rusiya prezidenti Putin arasında planlaşdırılan görüş yalnız danışıqların taleyini deyil, həm də Ukraynanın gələcək istiqamətini müəyyən edə bilər. Müəllifin fikrincə, Tramp Ukrayna prezidenti Zelenski ilə Putinin birbaşa görüşməsi üçün israr etməlidir.

Qiymət Mahir

tag: Tramp,ABŞ,Rusiya,Putin,todaypress.tv,