Tramp Britaniyaya gedəcək

Dünya

14.07.2025 10:37

ABŞ Prezidenti Donald Tramp Böyük Britaniya kralı III Karlın rəsmi dəvətini qəbul edərək 17–19 sentyabr tarixlərində ölkəyə dövlət səfəri edəcək.

TodayPress TV xəbər verir ki, bu barədə Bukingem sarayının yaydığı məlumatda deyilir.

Tramp Britaniyaya iki dəfə dövlət səfəri edən ilk ABŞ prezidenti olacaq. İndiyədək heç bir ABŞ lideri - hətta təkrar seçilənlər belə - iki dəfə bu statusda səfərə dəvət edilməyib. Adətən, ikinci müddətində prezidentlər sadəcə çay və ya nahar üçün dəvət olunub.

Tramp ilk dəfə 2019-cu ildə mərhum kraliça II Elizabetin dəvəti ilə Britaniyaya dövlət səfəri etmişdi.

Bu dəfə kral III Karl və kraliça Kamilla Tramp və birinci xanım Melaniyanı təmir işləri səbəbilə Bukingem sarayı yox, Vindzor qalasında qəbul edəcəklər.

Səfər proqramı hələ açıqlanmasa da, rəsmi qarşılanma mərasimi və Vindzordakı Müqəddəs Georgi salonunda şam ziyafəti planlaşdırılır. Mərasimlərdə Uels şahzadəsi və şahzadəsi də daxil olmaqla kral ailəsinin əsas üzvləri iştirak edəcək.

Qiymət Mahir

tag: ABŞ,Donald Tramp,Böyük Britaniya , III Karl,Todaypress.tv,