Tramp Braziliya ilə münasibətləri yumşaldır?
Dünya
07.10.2025 17:28
Braziliya Prezidenti Luiz İnasio Lula da Silva ABŞ Prezidenti Donald Trampla telefon danışığı apararaq ABŞ-nin Braziliya idxalına tətbiq etdiyi 40 faizlik əlavə ticarət tarifinin ləğvini xahiş edib.
TodayPress TV "Aljazeera"yə istinadən xəbər verir ki, liderlər 30 dəqiqəlik danışıq zamanı birbaşa təmas saxlamaq üçün telefon nömrələrini də mübadilə ediblər.
Lula Trampı Belemdə keçiriləcək iqlim sammitində iştirak etməyə dəvət edib.
Ekspertlər bu zəngi iki ölkə arasında son aylarda gərginləşən münasibətlərdə yumşalma əlaməti kimi qiymətləndirirlər.
Danışıqdan sonra tərəflər qarşılıqlı ticarət məsələlərini və gələcək əməkdaşlıq imkanlarını müzakirə ediblər.
Xatırladaq ki, Tramp iyul ayında Braziliya ixracına 50 faiz tarif tətbiq etmişdi. ABŞ üçün Braziliya qəhvə, ət idxalında mühüm tərəfdaşdır və tariflər ölkədə qiymət artımına səbəb olub.
Jalə Rövşən
tag: Braziliya,Donald Tramp,Luiz İnasio Lula,Ticarət tarifi,Todaypress.tv,
