NATO Baltik dənizində təlimlərə başlayır
Dünya
02.06.2025 13:25
Baltik dənizində NATO-nun ənənəvi "Baltops-2025" hərbi təlimləri başlayıb.
TodayPress TV xəbər verir ki, bu barədə Polşanın Müdafiə Nazirliyi yanında fəaliyyət göstərən Hərbi Nəşriyyat İnstitutu məlumat yayıb.
Təlimlərdə bu il 50-yə yaxın müxtəlif tipli hərbi gəmi iştirak edir. ABŞ-nin Cənubi Avropada yerləşən 6-cı Donanması təlimlərə "USS Mount Whitney" adlı komanda gəmisini göndərib. Almaniya "Baltops-2025" üçün "FGS Bayern" freqatını, Böyük Britaniya isə "P2000" tipli patrul gəmilərindən ibarət böyük bir qrup yerləşdirəcək.
Təlimlər yalnız dəniz qüvvələri ilə məhdudlaşmır. Belə ki, hərbi aviasiya da "Baltops-2025-ə" cəlb olunub. NATO komandanlığı bu təlimləri Şimal-Şərqi Avropada müdafiə qabiliyyətinin və alyansdaxili koordinasiyanın gücləndirilməsi baxımından mühüm hesab edir.
Türkan İsgəndərli
tag: NATO,Baltik,Təlim,Polşa,todaypress.tv,