Tramp Ağ Evdə Zelenski ilə görüşdü-YENİLƏNDİ
Dünya
18.08.2025 21:55
Vaşinqtonda ABŞ və Ukrayna prezidentləri Donald Trampla Volodimir Zelenski görüşüb.
TodayPress TV xəbər verir ki, Ağ Ev görüşü birbaşa yayımlayıb.
Görüşdə Tramp bildirib ki, Rusiya-Ukrayna münaqişəsinin həllində irəliləyiş görür. O, Rusiya lideri Vladimir Putinlə Alyaskada görüşünü xatırladıb və bildirib ki, indi vəziyyəti həll etmək üçün əla fürsətdir.
Zelenski öz növbəsində Trampa Ukraynada sülhün bərqərar olması üçün göstərdiyi səylərə görə təşəkkür edib. Ukrayna Prezidenti Putinə yazdığı məktuba görə həyat yoldaşı Melani Trampa da minnətdarlığını ifadə edib.
Görüşdə ABŞ tərəfdən dövlət katibi Marko Rubio, vitse-prezident Cey Di Vens, eləcə də xüsusi elçilər Stiv Uitkoff, Ukrayna tərəfdən isə Ukrayna Prezident Aparatının rəhbəri Andrey Yermak və Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov iştirak edib.
21:19
ABŞ Prezidenti Donald Tramp Ağ Evdə Ukrayna Prezidenti Volodimir Zelenskini qarşılayıb.
TodayPress TV xəbər verir ki, bir neçə dəqiqə sonra iki ölkə lideri arasında görüşün başlayacağı gözlənilir.
tag: ABŞ, Tramp, Zelenski, Ukrayna, Ağ Ev, todaypress.tv,