Almaniya İsraillə əməkdaşlığı gücləndirir
Dünya
29.06.2025 17:45
Almaniya, İsrailin kibertəhlükəsizlik təcrübəsindən ilhamlanaraq "Kiberdom" adlı sistem yaratmaq niyyətindədir.
TodayPress TV xəbər verir ki, bu barədə İsrailə səfəri zamanı Almaniyanın daxili işlər naziri Aleksandr Dobrindt deyib
Nazir bildirib ki, İsrailin hava hücumundan müdafiə sistemi çox yüksək effektivliyə malikdir və son İran hücumlarında demək olar ki, bütün raket və pilotsuz uçuş aparatları zərərsizləşdirilib. Bundan əlavə, İsrailin kiberhücum mütəxəssisləri İranın kiberməkandan yönəltdiyi hücumların qarşısını almaqda mühüm rol oynayıblar.
Bu təcrübəyə əsaslanan Dobrindt Almaniyada "Kiberqübbə" sistemi qurmaq təşəbbüsünü irəli sürüb. Plan kibertəhlükəsizlik sahəsində Almaniya və İsrail arasında əməkdaşlığın artırılmasını, eləcə də Almaniyanın Federal Kəşfiyyat Xidməti (BND) ilə İsrailin Mossad təşkilatı arasında əlaqələrin dərinləşdirilməsini nəzərdə tutur.
Təşəbbüs həmçinin pilotsuz aparatlara qarşı əks tədbirlərin hazırlanması, sığınacaqlardan və mobil xəbərdarlıq sistemlərindən istifadə imkanlarının gücləndirilməsi ilə Almaniyada mülki müdafiənin inkişaf etdirilməsini hədəfləyir.
Qeyd edək ki, Aleksandr Dobrindt İranla son münaqişədən sonra İsrailə səfər edən ilk alman siyasətçidir. Səfərin məqsədi həmrəyliyi ifadə etmək və yeni əməkdaşlıq imkanlarını müzakirə etmək olub.
Türkan İsgəndərli
tag: Almaniya,İsrail,Müdafiə,Kibertəhlükəsizlik,Todaypress.tv,