Tokayev hökuməti dəyişdi: Yeni baş nazir təyin edildi
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Oljas Bektenovu ölkənin baş naziri vəzifəsinə yenidən təyin edib.
TodayPress TV xəbər verir ki, Qazaxıstan Prezidentinin mətbuat xidmətinin yaydığı məlumata görə, bununla bağlı 31 avqust tarixində 1418 nömrəli fərman imzalanıb.
Oljas Bektenov 6 fevral 2024-cü ildən Qazaxıstan hökumətinə rəhbərlik edir. Yeni fərmanla onun baş nazir kimi səlahiyyətləri təsdiqlənib.
Tokayev eyni gündə Erlan Karini də ölkənin vitse-prezidenti vəzifəsinə təyin edib. Karin bundan əvvəl prezident administrasiyası rəhbərinin birinci müavini vəzifəsində çalışıb.
Qeyd edək ki, avqustun 28-də Tokayev Qazaxıstan hökumətinin istefası barədə fərman imzalamışdı. Hökumət ölkənin yeni Konstitusiyasına uyğun olaraq yeni seçilmiş parlament qarşısında istefa verib.
Nazirlər kabinetinin üzvlərinin hökumətin yeni tərkibi təsdiqlənənədək vəzifələrini icra edəcəyi bildirilib.
Türkan İsgəndərli
TodayPress TV