“The Spectator”: Trampın ultimatumu Putinə hədiyyə oldu

Dünya

20.07.2025 23:45

ABŞ Prezidenti Donald Trampın Rusiyaya yönəltdiyi 50 günlük ultimatum – Ukrayna münaqişəsinin həll olunmaması halında sanksiyaların tətbiqi Rusiya lideri Vladimir Putin üçün gözlənilməz üstünlük yaradıb.

TodayPress TV xəbər verir ki, “The Spectator” nəşri bu addımın ABŞ Konqresinin Rusiyaya qarşı daha sərt sanksiyalarla bağlı səylərini faktiki olaraq dayandırdığını yazıb. 

Nəşr qeyd edir ki, senator Lindsi Qrem və Riçard Blumentalın sərt sanksiyalar barədə qanun layihəsinin müzakirəsi təxirə salınıb.

14 iyulda NATO baş katibi Mark Ryutte ilə görüş zamanı Tramp bəyan etmişdi ki, əgər 50 gün ərzində Ukrayna münaqişəsinin həlli ilə bağlı irəliləyiş olmazsa, Rusiya nefti alan ölkələrə 100 faizə qədər əlavə rüsum tətbiq ediləcək. Eyni zamanda, Avropada yerləşdirilmək üçün Ukraynaya 17 “Patriot” hava hücumundan müdafiə sistemi veriləcəyini açıqlamışdı. Bu sistemlərin maliyyəsini Avropa ölkələri qarşılayacaq.

Avropada isə bu addımlar qeyri-kafi sayılıb və Vaşinqtonun bütün sanksiya imkanlarını istifadə etməməsinə görə narazılıq ifadə olunub.

Qiymət Mahir

tag: ABŞ,Tramp,Rusiya,Putin,Todaypress.tv,