“The Economist”: Ukrayna artıq ABŞ üçün prioritet deyil

Dünya

26.05.2025 10:23

ABŞ-nin keçmiş prezidenti Cozef Baydenin dövründə Ukrayna Vaşinqton üçün prioritet olsa da, indi bu ölkə silah almaq uğrunda yarışan bir neçə potensial alıcıdan birinə çevrilib.

TodayPress TV xəbər verir ki, bu barədə “The Economist” jurnalı yazıb.

Nəşrin məlumatına görə, Kiyev “Patriot” zenit-raket komplekslərini almaq üçün ABŞ-yə istənilən məbləği ödəməyə hazırdır, lakin Vaşinqton Ukraynalı siyasətçilərin bu tələblərinə cavab vermir.

Məqalədə qeyd olunub ki, Ukraynanın hava hücumundan müdafiə sistemi Rusiya istehsalı pilotsuz uçuş aparatları ilə mübarizədə getdikcə daha çox çətinlik çəkir. Əgər Rusiya ilə Ukrayna arasında atəşkəs əldə olunmasa, Ukrayna hava hücumundan müdafiə bölmələrinin raket ehtiyatları ciddi şəkildə azala bilər.

Qiymət Mahir

tag: Ukrayna ,ABŞ,Cozef Bayden,Rusiya ,todaypress.tv,