Aİ Ermənistan mediasına dəstək üçün 1,5 milyon avro ayırdı
Dünya
14.07.2025 17:38
Avropa İttifaqı Ermənistanda müstəqil medianın möhkəmləndirilməsi məqsədilə bu ölkəyə 1,5 milyon avro məbləğində maliyyə yardımı ayırıb.
TodayPress TV xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan Aİ Şurasının sədri Antonio Koşta və Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayenin Brüsseldə keçirilən görüşündən sonra yayılan birgə bəyanatda qeyd olunub:
“Avropa İttifaqı Ermənistanın informasiya ekosistemini dəstəkləmək üçün müstəqil medianın gücləndirilməsinə yönəlmiş 1,5 milyon avroluq yeni paket ayırdığını elan edib”.
Sənəddə həmçinin Aİ-nin Ermənistanın sanksiyaların dolanmasının qarşısını almaq sahəsindəki əməkdaşlığını yüksək qiymətləndirdiyi və bu istiqamətdə birgə səylərin davam etdirilməsi barədə razılıq əldə olunduğu bildirilir.
Brüssel həmçinin Ermənistanın dezinformasiyaya, xarici müdaxilələrə və kibertəhlükələrə qarşı mübarizəsini dəstəkləyəcəyini, eləcə də demokratik islahatlara sadiqliyini alqışladığını bəyan edib.
Qiymət Mahir
tag: Avropa İttifaqı,Ermənistan, Avropa Komissiyası, Antonio Koşta,Todaypress.tv,