Tbilisidə Rusiya bayrağı ilə bağlı qalmaqal səngimir

Dünya

29.05.2025 15:27

Gürcü müğənni Erekle Getsadzenin Rusiya bayrağına qarşı sayğısız davranışı cəmiyyətin və siyasətçilərin kəskin reaksiyasına səbəb olub.

TodayPress TV "TASS"a istinadən məlumat verir ki, “Gürcüstan Hüquq Müdafiəçiləri Birliyi”nin rəhbəri Nikoloz Mjavanadze hadisənin cəzasız qalmamalı olduğunu bildirib.

Mjavanadze müğənninin hərəkətinin siyasi məqsədlərlə edildiyini və tədbirin Avropadan maliyyələşdirildiyini iddia edib.

Onun sözlərinə görə, əgər ifaçı həbs olunsa, Qərbdən maliyyələşən müxalifət dərhal həm anti-Rusiya, həm də anti-hökumət çıxışları təşkil edəcək.

“Bu təxribatın məqsədi Rusiya ilə münasibətləri daha da gərginləşdirməkdir. Ancaq Gürcüstan hakimiyyəti vəziyyətin daha da qızışmaması üçün ehtiyatlı davranır", - deyə Mjavanadze vurğulayıb.

O, eyni zamanda Rusiyanın rəsmi dairələrinin Gürcüstanda hələ cinayət işi başlanmamasına anlayışla yanaşdığını qeyd edib. Çünki belə bir addım ölkə daxilində yeni etiraz dalğasına səbəb ola bilər. 

Xatırladaq ki, Tbilisi "Open Air" festivalında çıxışı zamanı Getsadze Rusiya bayrağını yerə ataraq onun üzərində qeyri-etik hərəkətlər nümayiş etdirib.

Hadisə Moskvanın da sərt reaksiyasına səbəb olub. 

Qiymət Mahir

tag: Rusiya,Gürcüstan,Qalmaqal,Bayraq,todaypress.tv,