Kobaxidze: "Tramp “Dərin Dövlət”də qalib gələrsə,..."

Dünya

19.05.2025 14:19

5

"Gürcüstan-Amerika münasibətlərinin gələcəyi əsasən ABŞ prezidenti Donald Tramp ilə “Dərin Dövlət” arasında gedən mübarizənin nəticəsindən asılı olacaq".

TodayPress TV xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze bildirib.

Onun sözlərinə görə, əgər Tramp bu qurumların təsirini zəiflədə bilsə, bu, ikitərəfli münasibətlərə müsbət təsir göstərəcək, əks halda mövcud vəziyyət davam edəcək.

Kobaxidze, həmçinin ABŞ Konqresinin qəbul etdiyi “MEGOBARI Aktı” qanun layihəsini və Gürcüstanın bəzi vəzifəli şəxslərinə qarşı tətbiq edilən sanksiyaları xatırladıb.

O qeyd edib ki, Gürcüstan tərəfi münasibətlərin bərpası üçün zəruri addımları atıb və indi ABŞ-nin cavabı gözlənilir.

Baş nazir daha əvvəl Tramp və vitse-prezident Ceym Di Vensə məktub ünvanladığını, lakin heç bir cavab almadıqlarını da bildirib.

Gürcüstan hökuməti Tramp administrasiyasının hakimiyyətə qayıdışından sonra münasibətlərin yenidən qurulmasını vacib hesab edir.

Türkan İsgəndərli

tag: ABŞ,Gürcüstan,Dərin dövlətlər,Kobaxidze,todaypress.tv,