Tailand-Kamboca toqquşması nəticəsində 15 nəfər öldü
Kamboca ilə sərhəddə baş verən silahlı toqquşmalar nəticəsində azı 14 mülki şəxs və 1 əsgər həlak olub, 46 nəfər isə yaralanıb.
TodayPress TV xəbər verir ki, bu barədə Tailand Səhiyyə Nazirliyi bildirib.
Hadisələr iyulun 24-də səhər saatlarında Oddar Myeonq əyalətinin yaxınlığında, mübahisəli sərhəd bölgəsində baş verib.
Həlak olanlardan 5-i Surin, 9-u Sisaket əyalətində (onlardan biri hərbçidir), 1-i isə Ubon Raçathani əyalətində qeydə alınıb.
Türkan İsgəndərli