Suriyada son qarşıdurmalarda 180-dən çox druz edam edilib
Dünya
19.07.2025 17:00
Suriyada hökumət qüvvələrinin son zorakılıq hallarının gedişində 180-dən çox druz azlığının nümayəndəsini edam etdiyi bildirilib.
TodayPress TV xəbər verir ki, bu barədə Böyük Britaniyada yerləşən Suriya İnsan Haqları Müşahidə Təşkilatı məlumat yayıb.
Təşkilat diqqətə çatdırıb ki, təxminən bir həftə əvvəl Suriyanın cənubunda başlayan toqquşmalarda indiyədək təxminən 1000 nəfər həlak olub. Onlardan 250-dən çoxu mülki vətəndaş olub.
Toqquşmalar beduin tayfaları, hökumət qüvvələri və azlıq təşkil edən druzlar arasında baş verib. Eyni zamanda, İsrailin Suriyaya hava zərbələri endirdiyi də qeyd olunur.
BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı bölgədə baş verən hüquq pozuntuları ilə bağlı müstəqil və təcili araşdırma aparılmasını tələb edib.
Töhfə Səməd
tag: Suriya,Druz,Zorakılıq,Edam,Todaypress.tv,