Suriyada hakimiyyət orqanları İŞİD yaraqlılarını saxladı
Suriyanın yeni hakimiyyət orqanları tərəfindən yaradılan Daxili Təhlükəsizlik İdarəsi Dəməşq əyalətində “İslam Dövləti” (İŞİD) terror qruplaşmasının üzvlərinə qarşı əməliyyat keçirib.
TodayPress TV xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi "Telegram" kanalında məlumat yayıb.
Rəsmi məlumata görə, əməliyyat zamanı saxlanılan şəxslərin üzərindən silah-sursat və partlayıcı qurğular aşkarlanıb. Nazirlik bildirib ki, terrorçular bu qurğulardan regionda vəziyyəti sabitləşdirməyə mane olmaq üçün istifadə etməyi planlaşdırırmışlar.
Xatırladaq ki, 2024-cü ilin sonunda Suriyada silahlı müxalifət qüvvələri genişmiqyaslı hücuma keçərək prezident Bəşər Əsədi deviriblər. Hazırda ölkədə faktiki rəhbərlik “Həyat Təhrir əş-Şam” qruplaşmasının lideri Əhməd əl-Şaraa tərəfindən həyata keçirilir.
Türkan İsgəndərli
tag: Suriya,İsrail,İŞİD,Müxalifət,todaypress.tv,