Stiven Siqal Rusiyadakı vəzifəsindən ayrıldı

Stiven Siqal Rusiyadakı vəzifəsindən ayrıldı
22.07.2025 18:45 Dünya

Amerikalı aktyor və Rusiya Xarici İşlər Nazirliyinin ABŞ ilə humanitar əlaqələr üzrə xüsusi nümayəndəsi Stiven Siqal iyulun 17-də Rusiyada təsis etdiyi “Five Elements” MMC-nin baş direktoru vəzifəsini tərk edib.

TodayPress TV xəbər verir ki, bu barədə “Kommersant” məlumat yayıb.

Şirkətdə Siqalın yerini Vladislav Kazak tutub.

"Five Elements" MMC 2023-cü ildə qeydiyyatdan keçib və əvvəlcə Stiven Siqal ilə oğlu Dominik San Rokko Siqal şirkətin bərabərhüquqlu sahibləri olublar.

Qeyd edək ki, 2023-cü ilin oktyabrında Stiven Siqal Rusiya-Ukrayna münaqişəsi ilə bağlı film çəkib.

Türkan İsgəndərli

XƏBƏR LENTİ
16 IYUL 2026
Bütün Xəbərlər