Şoyqu: "Avropa Trampı aldatmağa hazırlaşır"
Dünya
16.07.2025 17:51
Avropa ölkələri ABŞ Prezidenti Donald Trampı aldadaraq müdafiə xərclərini artırmaq öhdəliyini yerinə yetirməyə bilər.
TodayPress TV xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu “Kommersant” qəzetinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, NATO ölkələri formal öhdəliklər götürsələr də, vəsaitləri müdafiə yox, mülki infrastruktur layihələrinə yönəldə bilərlər.
Şoyqu qeyd edib ki, NATO-nun yeni müdafiə büdcəsinin nəticələri yalnız 2029-cu ildə – Trampın prezidentlik müddətinin sonunda qiymətləndiriləcək. Bu da Avropa dövlətlərinə öhdəlikləri gecikdirməyə və ya onlardan yayınmağa imkan yaradır.
Xatırladaq ki, 24–25 iyun tarixlərində Haaqada keçirilən NATO sammitində hərbi xərclərin ÜDM-in 2%-dən 5%-ə qədər artırılması barədə razılıq əldə olunmuşdu. Bu göstəriciyə 2035-ci ilə qədər çatmaq planlaşdırılır.
Qiymət Mahir
tag: NATO ,Avropa,ABŞ ,Donald Tramp,Todaypress.tv,