Çin Qələbə Paradına qatılacaq xarici liderlərin adlarını açıqladı

Dünya

28.08.2025 10:30

Çində yapon işğalçılarına qarşı Müqavimət Müharibəsi və İkinci Dünya müharibəsində qələbənin 80 illiyi münasibətilə təşkil olunacaq anım tədbirlərində 26 xarici lider iştirak edəcək.

TodayPress TV xəbər verir ki, bu barədə “CCTV” məlumat yayıb.

Tədbirə qatılacaq dövlət başçıları sırasında Rusiya Prezidenti Vladimir Putin, KXDR lideri Kim Çen In, İran Prezidenti Məsud Pezeşkian, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan da olacaq. Həmçinin Belarus Prezidenti Aleksandr Lukaşenko, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Özbəkistan Prezidenti Şövkət Mirziyoyev, Tacikistan Prezidenti Emoməli Rəhmon, Qırğızıstan Prezidenti Sadır Japarov, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov, Serbiya Prezidenti Aleksandar Vuçiç, Slovakiyanın Baş naziri Robert Fitso və digər liderlər də dəvətlilər sırasındadır.

Xatırladaq ki, Çin 3 sentyabrda Pekindəki Tyananmen meydanında hərbi parad keçirəcək. 

Qiymət Mahir

tag: Çin,İkinci Dünya müharibəsi,Vladimir Putin,İlham Əliyev,Todaypress.tv,