Sloveniyada bütün bölgələrdə quraqlıq qeydə alındı

Dünya

21.06.2025 19:30

Sloveniyanın bütün bölgələri quraqlıqdan əziyyət çəkir və vəziyyətin iyunun sonunadək daha da pisləşəcəyi gözlənilir.

TodayPress TV "Xinhua"ya istinadən xəbər verir ki, bu barədə ölkənin Ətraf Mühit Agentliyi xəbərdarlıq yayıb.

Yaxın günlərdə yağıntının az olacağı və temperaturun 30–35°C-yə çatacağı proqnozlaşdırılır. Hazırda torpaq qatı artıq çox qurudur, yeraltı suların səviyyəsi isə davamlı olaraq azalır.

Xüsusilə ölkənin şimalındakı Karintiya bölgəsində yağıntının azlığı və buxarlanmanın artması səbəbilə “fövqəladə quraqlıq” müşahidə olunur. Paytaxt Lyublyanada bu həftə temperatur 28°C-ə yüksəlib.

Agentliyin 2024-cü il iqlim hesabatına görə, Sloveniyada orta temperatur əsrin sonunadək 1–6 dərəcə artacaq. Qeyd olunur ki, 2024-cü il indiyədək ölkə tarixində ən isti il kimi qeydə alınıb – orta temperatur 1991–2020-ci illərin göstəricisindən 1,8°C yüksəkdir.

Qiymət Mahir

tag: Sloveniya,Quraqlıq,İstilik,Hava,Todaypress.tv,