Slovakiya Tehrandakı səfirliyini müvəqqəti bağladı
Dünya
20.06.2025 17:00
Slovakiya Xarici və Avropa İşləri Nazirliyi İsraillə İran arasında davam edən qarşıdurma səbəbilə ölkənin Tehrandakı səfirliyinin müvəqqəti bağlandığını və diplomatların təxliyəsinə başlandığını elan edib.
TodayPress TV xəbər verir ki, nazirliyin rəsmi saytında yayımlanan məlumatda qeyd olunur ki, Slovakiya diplomatiyasının rəhbəri iyunun 19-u təhlükəsizlik vəziyyəti normallaşana qədər səfirliyin fəaliyyətini dayandırmaq qərarı verib.
Açıqlamada bildirilib ki, artmaqda olan hərbi eskalasiya səbəbilə səfirlik tamamilə boşaldılır və qalan əməkdaşlar iyunun 21-də İran ərazisini tərk edəcəklər.
Nazirlik bildirib ki, çətin vəziyyətə düşən Slovakiya vətəndaşları və təcili konsulluq yardımı tələb edən şəxslər Beynəlxalq Böhran İdarəetmə Mərkəzinə müraciət etməlidirlər.
Qiymət Mahir
tag: Slovakiya ,İran,İsrail,Səfirlik,Todaypress.tv,