İsrail və Macarıstanın XİN rəhbərləri görüşdü
Dünya
21.09.2025 14:00
İsrailin xarici işlər naziri Gideon Saar Qəzza zolağındakı vəziyyət və "Antifa" hərəkatının terror təşkilatı kimi tanınması məsələsini macar həmkarı Peter Siyarto ilə müzakirə edib.
TodayPress TV xəbər verir ki, bu barədə İsrail XİN rəhbəri məlumat paylaşıb.
Saar bildirib ki, Macarıstanın "Antifa"nı terror təşkilatı kimi tanımaq niyyətini yüksək qiymətləndirir və Siyartonu Qəzza sektorundakı son durum barədə məlumatlandırıb.
Onun sözlərinə görə, Peter Siyarto Avropa İttifaqında İsrailə qarşı yönəlmiş cəhdlərə baxmayaraq, Budapeştin İsraili dəstəkləməyə davam edəcəyini təsdiqləyib.
Xatırladaq ki, daha əvvəl Siyarto Avropa diplomatiyasının rəhbəri Kaya Kallasa müraciət edərək ABŞ Prezidenti Donald Trampın mövqeyinə uyğun şəkildə "Antifa"nın terror təşkilatı kimi tanınmasını təklif etmişdi.
tag: İsrail,Macarıstan,XİN,Görüş,Todaypress.tv,
