Estoniya Almaniya şirkətinin hərbi zavod tikmək tələbini rədd etdi
Dünya
27.09.2025 19:30
Estoniya Almaniyanın “Rheinmetall” müdafiə şirkətinin ölkədə sursat istehsalı zavodu tikmək təklifini rədd edib.
TodayPress TV xəbər verir ki,bu barədə Estoniyanın müdafiə naziri Hanno Pevkur məlumat verib.
"Bu təklifin şərtləri elə idi ki, Estoniya vergi ödəyicilərinin cibindən çox böyük məbləğ çıxacaqdı və bu, Estoniya üçün nəzarət paketini daxil etməyəcəkdi", - müdafiə naziri bildirib.
Qeyd edək ki, Estoniyanın öz ərazisində müdafiə zavodu tikməyə qərar verdiyi iddia edilib. KİV-in məlumatına görə, bu məqsədlə sənayenin bütün şirkətləri üçün açıq olan hərrac keçirilib. Nəşr aydınlaşdırır ki, Pevkur artıq yaxın vaxtlarda imzalanması gözlənilən ilk müqavilələri açıqlayıb. Bununla belə, Rheinmetall iddiaçılar arasında yer almayıb. Üstəlik, gözlənilən sövdələşmələr Estoniyaya Almaniya konserni ilə müqavilədə nəzərdə tutulduğu kimi geniş öhdəliklər qoymur.
Qeyd edək ki, “Rheinmetall” bundan əvvəl Almaniyada Aİ-nin ən böyük sursat istehsal edən zavodunu inşa etmişdi.
Orxan Saffari
tag: Estoniya,Almaniya,Hərbi zavod,İmtina,Todaypress.tv,
