ŞKTR-də prezident seçkilərinin ilkin nəticələri açıqlandı - YENİLƏNDİ
Dünya
19.10.2025 21:28
Şimali Kipr Türk Respublikasında (ŞKTR) keçirilən prezident seçkilərində Cümhuriyyətçi Türk Partiyasının sədri Tufan Erhürman qələbə qazanıb.
TodayPress TV xəbər verir ki, bu barədə ŞKTR Ali Seçki Şurasının sədri Bertan Özerdağ məlumat verib.
O, şuranın əvvəl açıqladığı rəqəmləri təkrarlayaraq qeyd edib ki, 777 seçki qutusundan 735-i açılıb. T.Erhürman səslərin 62,80 faizini (84 630), müstəqil namizəd və hazırkı prezident Ersin Tatar isə 35,77 (48 208) faizini toplayıb.
Öz növbəsində, T. Erhürman mətbuat konfransı keçirərək qələbə qazandığını bəyan edib. O bildirib ki, ölkənin xarici siyasəti rəsmi Ankara ilə məsləhətləşmələr formasında yürüdüləcək:
"Kimsənin bundan şübhəsi olmasın".
***
20:36
Şimali Kipr Türk Respublikasında (ŞKTR) keçirilən prezident seçkilərinə Cümhuriyyətçi Türk Partiyasının sədri Tufan Erhürman liderlik edir.
TodayPress TV xəbər verir ki, bu barədə məlumat ölkənin Ali Seçki Şurasının açıqladığı rəqəmlərdə öz əksini tapıb.
Belə ki, mövcud 777 seçki qutusundan 735-i açılıb. Məlumata görə, T.Erhürman səslərin 62,80 faizini, müstəqil namizəd və hazırkı prezident Ersin Tatar isə 35,77 faizini toplayıb.
***
20:36
Şimali Kipr Türk Respublikasında Ali Seçki Qurumunun sədri Bertan Özerdağ indiyədək açılan qutulardan çıxan səslərin sayına dair ilkin nəticələri açıqlayıb.
TodayPress TV xəbər verir ki, açılan 580 qutunun nəticələrini paylaşan Özerdağın bildirdiyinə görə, hazırkı prezident Ersin Tatar 38,71 faiz səs toplayıb.
Onun əsas rəqibi Tufan Erhürman isə 63,28 faiz səs qazanıb.
tag: ŞKTC,Bertan Özerdağ,Şimali Kipr Türk Cümhuriyyəti,Tufan Erhürman, Ersin Tatar,Todaypress.tv,
