Zelenski: "Ukrayna hər il "Patriot" sistemləri alacaq"

Dünya

20.10.2025 11:34

Ukrayna hər il "Patriot" hava hücumundan müdafiə sistemlərini alacaq. Müvafiq müqavilə artıq hazırlanır.

TodayPress TV xəbər verir ki, bu barədə jurnalistlərlə görüş zamanı Ukrayna Prezidenti Volodimir Zelenski bəyan edib.

Onun sözlərinə görə, hava hücumundan müdafiə məsələsində ABŞ tərəfi ilə artıq lazım olan təmaslar qurulub.

"Biz 25 "Patriot" sistemi üzrə müqavilə hazırlayırıq. Hesab edirəm ki, bu, asan deyil. Amma uzunmüddətlidir", - deyə o bildirib.

Prezident qeyd edib ki, bu proses çərçivəsində böyük iş görülüb. Ötən həftə bu məsələ ilə bağlı lazım olan görüşləri Baş nazir Yuliya Sviridenko, Prezident Ofisinin rəhbəri Andrey Yermak və Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov hazırlayıblar.

Aysel Mətləb

TodayPress TV

tag: Patriot,Ukrayna ,ABŞ,Zelenski ,Todaypress.tv,