Sinqapurda hər il 1.000 yeni müəllim işə götürüləcək

Dünya

09.07.2025 15:11

Sinqapur hökuməti qarşıdakı illərdə hər il 1.000 yeni müəllim işə qəbul etməyi planlaşdırır.

TodayPress TV xəbər verir ki, bu barədə ölkənin təhsil naziri Dezmond Li Nanyang Texnologiya Universitetindəki Müəllimlərin Andiçmə Mərasimində çıxışı zamanı bildirib.

Nazirin sözlərinə görə, bu rəqəm əvvəlki illərlə müqayisədə əhəmiyyətli artımdır. Belə ki, əvvəllər illik təxminən 700 müəllim işə götürülürdü.

Li qeyd edib ki, Sinqapur illər ərzində sadiq və yüksək keyfiyyətli müəllim heyəti formalaşdıra bilib. Lakin dəyişən çağırışlara uyğunlaşmaq üçün təhsil sistemi daim yenilənməlidir.

Nazir xüsusilə süni intellekt, iqlim dəyişikliyi və sosial medianın gənclərin ünsiyyət formasını köklü şəkildə dəyişdirdiyini vurğulayıb və təhsil sisteminin bu tendensiyalara yalnız uyğunlaşmaqla kifayətlənməyib, aktiv şəkildə cavab verməli olduğunu bildirib.

Təhsil Nazirliyinin statistikalarına əsasən, Sinqapurda müəllimlərin sayı 2016-cı ildəki 33.378 nəfərdən 2023-cü ildə 30.396 nəfərə düşüb. Bu azalma əsasən işə qəbuldakı yavaşlama ilə əlaqələndirilir.

Qiymət Mahir

tag: Sinqapur,Dezmond Li Nanyang,Müəllim,Qəbul,Todaypress.tv,