Şimali Makedoniyada seçkilər keçirilir

Dünya

19.10.2025 13:01

Şimali Makedoniyada yerli idarəetmə orqanlarına seçkilər start götürüb.

TodayPress TV xəbər verir ki, ölkənin 81 bələdiyyəsi üzrə sədrləri və şura üzvlərini müəyyən etmək məqsədilə 3480 seçki məntəqəsi yaradılıb. Ölkədə 1 milyon 832 min 415 seçici səsvermə hüququna malikdir.

Bələdiyyə sədri vəzifəsi uğrunda 309 namizəd, ümumilikdə isə seçki prosesində 10 490 namizəd mübarizə aparır. Seçkilərdə 644-ü xarici, 807-si yerli olmaqla 1451 müşahidəçi fəaliyyət göstərir. Namizədlər səslərin 50 faizdən çoxunu toplaya bilməsə, noyabrın 2-də ikinci tur keçiriləcək.

Qeyd edək ki, Şimali Makedoniyada hər 4 ildən bir yerli seçkilər keçirilir və bu, sayca 8-ci seçkidir. Daha əvvəl seçkilər 1996, 2000, 2005, 2009, 2013, 2017 və 2021-ci illərdə keçirilib.

Türkan İsgəndərli

TodayPress TV 

tag: Şimali Makedoniya,Seçki,Səs,Seçici,Todaypress.tv,