Aİ İrana qarşı bütün nüvə sanksiyalarını bərpa edir

Dünya

28.09.2025 20:20

Avropa İttifaqı (Aİ) BMT Təhlükəsizlik Şurasının 28 sentyabrda qəbul etdiyi qərardan sonra İrana qarşı bütün nüvə sanksiyalarını dərhal bərpa etməyə başlayır.

TodayPress TV xəbər verir ki, bu barədə Aİ-nin xarici siyasət rəhbəri Kaya Kallas açıqlama verib.

O bildirib ki, son aylarda İranla aparılan diplomatik səylərə baxmayaraq, 2231 saylı qətnamənin müddətinin uzadılmasına şərait yaranmayıb.

Fransa, Almaniya və Böyük Britaniya İranın nüvə öhdəliklərini pozduğunu əsas gətirərək, “snapback” mexanizmini işə salıb. Nəticədə isə həm BMT, həm də Aİ səviyyəsində sanksiyalar rejimi yenidən qüvvəyə minib.

Yeni tədbirlər silah embarqosu,  maliyyə və ixrac məhdudiyyətləri, İranın nüvə və müdafiə sektoruna investisiya qadağası,İran rəsmilərinə səyahət məhdudiyyətləri daxildir.

Türkan İsgəndərli

TodayPress TV

tag: Kaya Kallas,Aİ,İran,Sanksiya,Todaypress.tv,