Əfqanıstan və Pakistan sərhədində döyüşlər başladı

Dünya

15.10.2025 12:10

Əfqanıstanın Pakistanla Durand xətti boyunca iki ölkə arasında şiddətli döyüşlər yenidən baş qaldırıb. 

TodayPress TV xəbər verir ki, bu barədə "Tolo News” məlumat yayıb.

Məlumata görə, Spinbuldak–Çaman sərhəd-keçid məntəqəsində ağır toqquşmalar baş verib, “Dostluq qapısı” adlı keçid məntəqəsi partladılıb.

Yerli sakinlər bildiriblər ki, döyüşlər səhər saatlarında Pakistan qüvvələrinin Qəndəhar əyalətinin Spinbuldak bölgəsini ağır silahlardan atəşə tutması ilə başlayıb. "Taliban" qüvvələri buna cavab atəşi ilə cavab verib.

Hadisə nəticəsində Spinbuldakda 3 mülki şəxs həlak olub, bir neçə uşaq yaralanıb. Pakistan hərbçiləri arasında da itkilər olduğu bildirilir, lakin hər iki tərəf rəsmi açıqlama verməyib.

Türkan İsgəndərli

TodayPress TV

tag: Əfqanıstan,Pakistan,Döyüş,Sərhəd,Todaypress.tv,