Şimali Koreyada genişmiqyaslı internet kəsintisi baş verdi

Dünya

08.06.2025 21:00

İyun ayının 7-dən 8-nə keçən gecə Şimali Koreyada bir neçə saatlıq genişmiqyaslı internet kəsintisi qeydə alınıb. Hadisə nəticəsində ölkənin əsas dövlət və ictimai onlayn resursları əlçatmaz olub.

TodayPress TV xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Əlçatan olmayan resurslar arasında Xarici İşlər Nazirliyinin portalı, “Air Koryo” milli aviaşirkətinin saytı və rəsmi xəbər agentliklərinin səhifələri də olub. İnternetə çıxışın bərpası yalnız günorta saatlarına doğru mümkün olub.

Britaniyalı tədqiqatçı və Şimali Koreyanın internet fəaliyyətini izləyən ekspert Cünad Əli bildirib ki, ölkənin bütün rəqəmsal infrastrukturu bir müddətlik qlobal monitorinq sistemlərindən itib. E-poçt sistemlərində də problemlər yaşanıb. Hadisənin dəqiq səbəbi açıqlanmasa da, ekspertlər problemin daxili mənbədən qaynaqlandığını düşünürlər.

Qiymət Mahir

tag: Şimali Koreya,Hadisə,İnternet,Kəsinti,todaypress.tv,