Şimali Koreya lideri Kim Çen In Səhiyyə Nazirliyini tənqid etdi

Dünya

07.10.2025 14:06

Şimali Koreya lideri Kim Çen In Pxenyan Ümumi Xəstəxanasının açılış mərasimində çıxış edərək Səhiyyə Nazirliyinin fəaliyyətini sərt tənqid edib.

TodayPress TV "TASS" a istinadən xəbər verir ki, onun sözlərinə görə, indiki qurum səhiyyəni modernləşdirmək iqtidarında deyil və “yalnız bir ad olaraq qalıb”.

Kim Çen In deyib ki, ölkədə səhiyyə digər sektorlardan geri qalır və yerli mütəxəssislər qabaqcıl qlobal təcrübələri mənimsəməlidir. Rayon xəstəxanaları və poliklinikaların tikintisinə nəzarət edəcək “konstruktor bürosu”nun yaradılması planlaşdırılır.

Lider qeyd edib ki, tibbi avadanlıqlar geri qalır, xəstəxana sənədləri isə Səhiyyə Nazirliyindən alınması çətin olduğundan effektiv istifadə edilmir. O, həmçinin tibbi xalatların keyfiyyətsizliyinə diqqət çəkib və Nazirlikdə çalışanların bilik və iş istəksizliyini tənqid edib.

Eyni zamanda, Kim Çen In Pxenyan Ümumi Xəstəxanasının memarlığını, interyerini və avadanlıqlarını yüksək qiymətləndirib. O bildirib ki, xəstəxanada yüksək ixtisaslı və perspektivli tibb mütəxəssisləri çalışacaq və paytaxtda ikinci analoji xəstəxananın tikilməsi planlaşdırılır.

Jalə Rövşən

TodayPress TV

tag: Kim Çen In,Pxenyan Ümumi Xəstəxanası,Səhiyyə Nazirliyi,Tənqid,Todaypress.tv,