Zukerberq Trampla əlaqələri bərpa edir

Dünya

27.05.2025 10:15

3

“Meta”nın təsisçisi Mark Zukerberq Donald Trampın yenidən prezident seçilməsindən sonra onunla əlaqələri bərpa etməyə başlayıb. 

TodayPress TV xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb. 

Belə ki, noyabrdan bəri Zukerberq Trampla bir neçə görüş keçirib və Mar-a-Laqo iqamətgahına səfər edib. O, həmçinin Trampın andiçmə mərasiminə 1 milyon dollar bağışlayıb.

Fevralda Zukerberq vitse-prezident Ceyms Devid Venslə əməkdaşlıq edərək Avropa liderlərinə "Meta"ya qarşı tənzimləmələrlə bağlı narazılığını çatdırıb.

Seçki kampaniyası zamanı Tramp Zukerberqi “Zuckerbucks” adlandıraraq onu seçki saxtakarlığında günahlandırıb və həbs ilə hədələyib. Buna baxmayaraq, Zukerberq Trampın müttəfiqlərini "Meta" rəhbərliyinə gətirib və şirkətdə müxtəliflik təşəbbüslərini geri çəkib.

Türkan İsgəndərli

tag: Meta,Zukerberq,Tramp,Vance,todaypress.tv,