Si Cinpin: “Çin və Almaniya strateji əməkdaşlıqda yeni mərhələyə hazırdır”

Dünya

23.05.2025 16:09

Çin Xalq Respublikasının sədri Si Cinpin Almaniya ilə strateji əməkdaşlığı daha da dərinləşdirməyə hazır olduqlarını bəyan edib.

TodayPress TV “Xinhua”ya xəbər verir ki, bu barədə o, Almaniya kansleri Fridrix Mertslə telefon danışığı zamanı bildirib. 

“Çin-Almaniya və Çin-Aİ münasibətlərinin strateji əhəmiyyəti getdikcə artır. Çin ilə Almaniya arasında sağlam münasibətlər hər iki tərəfin maraqlarına və gözləntilərinə cavab verir” deyə Çin lideri vurğulayıb.

Si Cinpin, həmçinin Almaniya ilə birlikdə Çin-Avropa İttifaqı əlaqələrinin yeni inkişaf mərhələsinə rəhbərlik etməyə və bununla da qlobal iqtisadi sabitliyə töhfə verməyə hazır olduqlarını bildirib.

Telefon danışığı zamanı liderlər Ukrayna böhranı ilə bağlı da fikir mübadiləsi aparıblar. Si Cinpin bir müddət əvvəl bu mövzuya toxunaraq, münaqişənin köklü səbəblərinin aradan qaldırılmasının vacibliyini və Çinin hərtərəfli, davamlı həllin tərəfdarı olduğunu bildirmişdi.

Qiymət Mahir

tag: Çin ,Almaniya ,Fridrix Merts,Almaniya,todaypress.tv,