Sevgilsini unutmağa çalışan gənc dağa dırmaşdı
Dünya
11.07.2025 18:45
Çinin Zhejiang əyalətinin Hançjou şəhərində 22 yaşlı gənc keçmiş sevgilisini unutmaq üçün 6 gün boyunca dağlarda gəzərək yoxa çıxıb.
TodayPress TV xəbər verir ki, bu barədə "South China Morning Post" məlumat yayıb.
Xiaoling adlı gənc telefonunu söndürüb, yemək yemədən və su içmədən təxminən 40 kilometr məsafə qət edib.
Yalnız yabanı giləmeyvə və dağ çaylarının suyundan istifadə edən Xiaoling ailəsi ilə əlaqəni kəsdiyi üçün iyunun 19-da itkin elan olunub. Axtarışlara 100-dən çox polis əməkdaşı və yerli sakin cəlb olunub.
Polisin verdiyi məlumata görə, gənc altı gün sonra Lin'an rayonundakı parkda müşahidə kameraları vasitəsilə aşkarlanıb.
Xiaoling daha sonra ailəsinə və polisə bu cür impulsiv hərəkəti təkrarlamayacağına söz verib. Yerli media xəbər verir ki, o, artıq doğulduğu Çanşaya qayıdıb və özünü yaxşı hiss edir. Həkimlər onun səhhətində ciddi problem olmadığını təsdiqləyiblər. Gənc keçmiş sevgilisini unutmaq üçün bu addımı atdığını etiraf edib.
Türkan İsgəndərli
tag: Çin,Sevgili,Oğlan,İtkin,Todaypress.tv,