Semeru vulkanı yenidən aktivləşdi

Dünya

20.08.2025 18:50

İndoneziyanın Yava adasının şərqində yerləşən Semeru vulkanı aktivləşərək 800 metr hündürlüyə kül püskürüb.

TodayPress TV xəbər verir ki, bu barədə İndoneziyanın “Antara” agentliyinə Siqit vulkanındakı müşahidə məntəqəsinin əməkdaşı Rian Alfian məlumat verib.

“Semeru vulkanının püskürməsi çərşənbə günü yerli vaxtla səhər saat 07:21-də baş verib. Kül sütununun hündürlüyü zirvədən təxminən 800 metr və ya dəniz səviyyəsindən 4 476 metr yüksəkliyə çatıb”, - o deyib.

Onun sözlərinə görə, bununla əlaqədar Vulkanologiya və Geoloji Təhlükənin Azaldılması Milli Mərkəzi bir sıra tövsiyələr verib, o cümlədən əhalinin vulkanın zirvəsindən cənub-şərq sektorda hər hansı fəaliyyətlə məşğul olmasına qadağa qoyulub.

Rəsmilərin məlumatına görə, hündürlüyü 3 676 metr olan dağ son 24 saatda üç dəfə püskürüb. Lakin duman səbəbindən bu püskürmələrin vizual müşahidələri aparılmayıb.

tag: İndoneziya,Yava adası,Semeru vulkanı,Kül,Todaypress.tv,