İstilik və soyuq Avstraliya iqtisadiyyatına milyonlarla dollara başa gəlir
Avstraliyada işçilərin ifrat isti və soyuq havalara məruz qalması ölkə iqtisadiyyatına hər il təxminən 94 milyon avstraliya dolları (60,6 milyon ABŞ dolları) zərər vurur.
TodayPress TV “Sinxua”ya istinadən xəbər verir ki, bu nəticə “Urban Climate” da dərc olunan Çarlz Darvin Universiteti (CDU), Adelaide Universiteti və Monaş Universitetinin birgə apardığı yeni araşdırmada yer alıb.
Tədqiqatçılar 2005–2018-ci illər arasında Avstraliyanın paytaxt Kanberradan başqa bütün ştat paytaxtlarında qeydə alınan 2,3 milyondan çox iş yeri zədələnməsi ilə bağlı iddiaları təhlil ediblər.
CDU-nun yaydığı məlumatda bildirilib ki, işlə bağlı bütün zədə və xəstəliklərin 1,66 faizi – təxminən 39 min hal istiliyə məruz qalma ilə əlaqələndirilib.
Tədqiqatın aparıcı müəllifi, Adelaide Universitetindən Metyu Borq bildirib ki, ekstremal temperaturlar iqlim dəyişikliyinin ən ciddi sağlamlıq risklərindən biridir.
“Əgər emissiya səviyyələri yüksək templə davam etsə, 2050-ci ilə qədər istiliklə bağlı zədələnmələrin sayı 25 faizdən çox arta bilər”, – deyə məqalədə qeyd olunub.
Ən çox rast gəlinən risk faktorlarına daxildir: uyğun olmayan iş geyimi, ekstremal şəraitdə ağır fiziki əmək və sərinləmə imkanlarının azlığı. Borq işəgötürənləri işin planlı şəkildə istirahətlə bölüşdürülməsi, kifayət qədər su içilməsi, soyutma məntəqələrinin yaradılması və uyğun geyimlə təminat kimi istilik təhlükəsizliyi strategiyalarını tətbiq etməyə çağırıb.
O, həmçinin şəhər planlamasında istilik riskini azaltmaq üçün daha çox yaşıllıq sahələrinin salınması, yaxşı dizayn edilmiş binalar və piyadalar, velosipedçilər və elektrik nəqliyyatı üçün uyğun infrastrukturun qurulmasının vacibliyini vurğulayıb.
Qiymət Mahir
tag: Avstraliya ,ABŞ ,Kanberra,İstilik ,Todaypress.tv,