Səfir: "İsrail İranın hava məkanına tam nəzarət edir"
Dünya
16.06.2025 16:20
İsrailin Rusiya Federasiyasındakı səfiri Simona Qalperin bəyan edib ki, İsrail Hərbi Hava Qüvvələri İranın hava məkanına tam nəzarət edir.
TodayPress TV "TASS"a istinadən xəbər verir ki, bu barədə səfir mətbuat brifinqində çıxışı zamanı bildirib.
“İsrail Hərbi Hava Qüvvələri İranın bütün ərazisinə və hava məkanına tam şəkildə nəzarət edir”, - deyə Simona Qalperin vurğulayıb.
Qeyd edək ki, İsrail iyunun 13-nə keçən gecə İranın nüvə proqramına qarşı yönəlmiş hərbi əməliyyata başlayıb. Təxminən bir sutka sonra İran cavab zərbələri endirib. Sonrakı günlərdə İsrail və İran arasında qarşılıqlı hücumlar davam edib. Hər iki tərəf itkilərin və yaralıların olduğunu, bir sıra obyektlərin vurulduğunu təsdiqləsə də, zərərin məhdud olduğunu bəyan ediblər.
Töhfə Səməd
tag: İsrail,Simona Qalperin,İran,Səfir,todaypress.tv,