Rutte: "Rusiya NATO üçün təhlükə olaraq qalır"
Dünya
02.09.2025 16:00
"Rusiya təkcə Ukraynada deyil, digər bölgələrdə də təhlükə yaradır".
TodayPress TV xəbər verir ki bunu NATO-nun baş katibi Mark Rutte Rusiya ordusunun artan hərbi fəallığından danışarkən bildirib.
O, Ukraynaya dəstəyin davam etdirilməsinin vacibliyini qeyd edərək, NATO-nun yeni yardım proqramı PURL çərçivəsində Ukraynaya 2 milyard dollarlıq hərbi yardım göstərildiyini açıqlayıb. Bu yardıma sursatlar, hava hücumundan müdafiə sistemləri və digər silahlar daxildir.
Rutte həmçinin ABŞ Prezidenti Donald Trampın Ukraynada müharibəni bitirməyi əsas prioritet kimi müəyyən etdiyini və son vaxtlar Putinlə telefonla danışdığını, eləcə də ABŞ-nin Ukrayna üçün təhlükəsizlik zəmanətlərinə qoşulmağa hazır olduğunu bildirdiyini xatırladıb.
NATO rəhbəri bildirib ki, təhlükəsizlik zəmanətləri və atəşkəs üzərində işlər Avropa və ABŞ tərəfindən əlaqələndirilmiş şəkildə aparılır. Məqsəd Ukraynada davamlı sülh əldə etmək və Rusiyanın gələcəkdə yeni hücumlarının qarşısını almaqdır.
Türkan İsgəndərli
tag: Mark Rutte,Rusiya,Ukrayna,NATO,Todaypress.tv,