Norveç rus xizəkçilərinin yarışlara qatılmasına icazə vermir
Dünya
18.10.2025 17:15
"Norveç Rusiya xizəkçilərinin beynəlxalq yarışlarda iştirakına qarşıdır".
TodayPress TV "Gazeta.ru"ya istinadən xəbər verir ki, bunu Norveç Xizək Federasiyasının prezidenti Tove Moe Djerhaug bildirib.
O, ölkəsinin Rusiya idmançılarının Beynəlxalq Xizək və Snoubord Federasiyasının (FIS) himayəsində keçirilən turnirlərdə iştirakına icazə verməyəcəyini deyib.
Djerhaug qeyd edib ki, mövqe dəyişməyib və hətta vəziyyət daha da pisləşib. O, Rusiya və Belarus idmançılarının 2026-cı il Olimpiya Oyunlarında iştirakına da qarşıdır.
Qeyd edək ki, Beynəlxalq Xizək və Snoubord Federasiyası 2022-ci ilin martından rusiyalı xizəkçiləri beynəlxalq yarışlardan kənarlaşdırıb və sanksiyaları bir neçə dəfə uzadıb. Rusiyalı idmançıların Olimpiya Oyunlarına buraxılması məsələsi oktyabrın 21-də keçiriləcək FIS İcraiyyə Komitəsinin iclasında yekun qərara bağlanacaq.
Finlandiya isə FIS-in icazəsinə baxmayaraq, rusiyalıların iştirakına icazə verməyəcəyini açıqlayıb.
Jalə Rövşən
tag: Norveç,Beynəlxalq Xizək və Snoubord Federasiyası,Xizəkçilər,Rusiya,Todaypress.tv,
