Rusiyadan Ermənistana qaz tədarükü bərpa edildi
Rusiyadan Ermənistana təbii qaz tədarükü yenidən bərpa olunub.
TodayPress TV xəbər verir ki, “Qazprom Armenia” şirkətinin məlumatına görə, qaz nəqli sentyabrın 25-də Şimali Qafqaz–Zaqafqaziya magistral qaz kəməri vasitəsilə bərpa edilib.
Şirkət bildirib ki, qaz tədarükü Rusiya ərazisində kəmərdə aparılan planlı təmir və texniki xidmət işləri ilə əlaqədar müvəqqəti başa çatıb.
Qazın Ermənistana nəqli sentyabrın 14-də dayandırılmışdı. Təmir işlərinin başa çatmasından sonra tədarük yenidən bərpa olunub.
Türkan İsgəndərli