Rusiya və Ukrayna arasında 250 hərbi əsir mübadiləsi başa çatdı
Rusiya və Ukrayna arasında qarşılıqlı 250 hərbi əsir mübadiləsi başa çatıb.
TodayPress TV “TASS”a istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin köməkçisi Vladimir Medinski deyib.
Onun sözlərinə görə, Rusiya, həmçinin Ukrayna Silahlı Qüvvələrinin 7 mindən çox əsgərinin meyitini Ukraynaya qaytarıb və az sayda meyiti təhvil alıb.