Rusiya və Türkiyədən Fars körfəzi ilə bağlı ORTAQ ÇAĞIRIŞ: Atəşkəs tələb edildi!
Rusiya xarici işlər nazirinin müavini Georgi Borisenko və Türkiyənin xarici işlər nazirinin müavini Musa Kulaklıqaya Fars körfəzi ərazisində atəşkəsə çağırıb.
TodayPress TV xəbər verir ki, bu barədə Rusiya diplomatik qurumunun Yaxın Şərq və Afrika məsələləri üzrə siyasi məsləhətləşmələrin yekunlarına dair yaydığı məlumatda bildirilib.
Məlumata görə, məqsəd hərtərəfli sülh sazişinin hazırlanması üçün siyasi-diplomatik prosesin mümkün qədər tez yenidən başladılmasıdır.
“Yaxın Şərq regionundakı vəziyyətə baxılarkən ABŞ və İsrailin İrana müdaxiləsi nəticəsində Fars körfəzində və onun ətrafında yaranmış təhlükəli vəziyyətə əhəmiyyətli diqqət yetirilib. Uzunmüddətli hərtərəfli sülh sazişinin hazırlanması üçün bu strateji əhəmiyyətli bölgədə İslamabad memorandumuna əsaslanan davamlı və tam atəşkəsin təmin edilməsinin zəruriliyi vurğulanıb”.
Əlavə edilib ki, regional vasitəçilərin müvafiq səyləri, o cümlədən Hörmüz boğazından təhlükəsiz və maneəsiz gəmiçiliyin bərpası üzrə işlər dəstəklənib. Rusiya tərəfi Fars körfəzi zonasında kollektiv təhlükəsizliyin təmin edilməsinə dair yenilənmiş Konsepsiya çərçivəsində öz təkliflərini təqdim edib.
Aysel Mətləb