Rusiya və Ermənistan Baş nazirləri arasında görüş keçirildi
Rusiya Federasiyasının Baş naziri Mixail Mişustin və erməni həmkarı Nikol Paşinyan arasında Altayda görüş keçirilib.
TodayPress TV xəbər verir ki, bu barədə Rusiya hökuməti məlumat yayıb.
Tərəflər ticarət-iqtisadi, elmi-texnoloji və mədəni-humanitar sahələrdə Rusiya-Ermənistan əlaqələrinin aktual məsələlərini müzakirə ediblər.
Hər ikisi müxtəlif sahələrdə birgə layihələrin həyata keçirilməsi üçün əlverişli şəraitin yaradılmasının vacibliyini vurğulayıblar.
Töhfə Səməd