Rusiya-Ukrayna danışıqlarının vaxtı açıqlandı

Rusiya-Ukrayna danışıqlarının vaxtı açıqlandı
23.07.2025 12:50 Dünya

İstanbulda Rusiya-Ukrayna danışıqlarının üçüncü raundu iyulun 23-ü saat 20:00-a (Bakı vaxtı ilə - red.) planlaşdırılıb. 

TodayPress TV xəbər verir ki, bu barədə “TRT Haber” telekanalı məlumat yayıb.  

Digər telekanal və agentliklər də analoji vaxtlara istinad ediblər, lakin bu məlumat rəsmi olaraq təsdiqini tapmayıb. 

Danışıqların Boğaziçi sahilindəki Çırağan sarayında baş tutacağı gözlənilir. 

Aysel Mətləb

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər