Rusiya-Ukrayna danışıqlarının növbəti raundunun tarixi hələ razılaşdırılır

Dünya

21.07.2025 11:59

Rusiya və Ukrayna arasında yeni danışıqlar raundunun keçirilmə tarixi hələlik razılaşdırılma mərhələsindədir.

TodayPress TV xəbər verir ki, bu barədə "TASS"a bir sıra mənbələr məlumat verib.

“Tarixlər hələ razılaşdırılır, vaxtında elan olunacaq”, - deyə mənbə Türkiyə mediasında danışıqların 23-24 iyul tarixlərində keçirilə biləcəyi ilə bağlı yayılan xəbərləri şərh edərkən bildirib.

Qeyd edək ki, bundan öncə “Independent Türkçe” nəşri öz mənbələrinə istinadən danışıqların məhz 23 və ya 24 iyulda baş tutma ehtimalı barədə məlumat yayıb.

Xatırladaq ki, bir neçə gün əvvəl Rusiya danışıqlar qrupuna yaxın mənbə Ukraynanın bu həftə yeni raundun keçirilməsi ilə bağlı Rusiya tərəfinə təklif verdiyini təsdiqləmişdi.

Töhfə Səməd

tag: Rusiya ,Ukrayna,Raun,Danışıqlar,Todaypress.tv,