Avropa Komissiyasının rəhbəri Makronla gizli yazışmalarda ittiham olunur

Dünya

25.09.2025 10:29

Avropa Komissiyasının sədri Ursula fon der Leyen Fransa Prezidenti Emmanuel Makronla gizli yazışmalarda ittiham olunur. 

TodayPress TV "Gazeta.ru"ya istinadən xəbər verir ki, bu barədə Macarıstan parlamentinin deputatı Kinqa Qal sosial mediada məlumat verib.

Onun sözlərinə görə, Avropa Ombudsmanı Aİ-nin Mercosur sazişi ilə bağlı Leyen və Makron arasındakı gizli yazışmaları araşdırmağa başlayıb.  Deputat bildirib ki, “Pfizergate” qalmaqalında olduğu kimi, bu mesajlar da yoxa çıxıb və bu, Avropa Komissiyasının fəaliyyətində şəffaflığın çatışmadığını göstərir.

Xatırladaq ki, may ayında Avropa Ədalət Məhkəməsi fon der Leyeni 2021-2023-cü illərdə COVID-19 peyvəndlərinin satın alınmasına dair müqavilələr haqqında məlumatları gizlətməkdə günahlandırmışdı. Məhkəmə həmçinin Leyen və "Pfizer"in  rəhbəri arasındakı mesajların açıqlanmamasını əsaslandırmadığı üçün qərar vermişdi.

 Bundan əvvəl Ursula fon der Leyen istefa ehtimalını da dəyərləndirmişdi.

Jalə Rövşən 

TodayPress TV

tag: Emmanuel Makron ,Ursula fon der Leyen,TodayPressTV,Avropa Komissiyası,Avropa,