Rusiya səfiri: “Britaniya və Almaniyanın yeni planı növbəti zərbədir”

Dünya

23.05.2025 09:09

“Böyük Britaniya və Almaniyanın birgə yüksək dəqiqlikli zərbə silahları hazırlamaq planı Avropanın militarizasiyasını sürətləndirməklə yanaşı, silahlara nəzarətlə bağlı mövcud razılaşmalara da ciddi zərbə vurur”.

TodayPress TV xəbər verir ki, bu barədə Rusiyanın Londondakı səfiri Andrey Kelin “RİA”ya açıqlamasında bildirib.

Diplomat qeyd edib ki, mayın 15-də Berlində keçirilən ikitərəfli məsləhətləşmələr zamanı 2000 kilometrdən çox məsafəni vura bilən britaniya-alman zərbə sistemlərinin hazırlanması ilə bağlı planlar elan olunub. Onun sözlərinə görə, bu təşəbbüs “Rusiyadan gələn təhdid” bəhanəsi ilə Avropada silahlanmanın yeni mərhələsinin tərkib hissəsidir.

Kelin vurğulayıb ki, bu cür addımlar orta və yaxın mənzilli raketlərin ləğvi haqqında müqaviləyə (DRSMQ) yeni zərbə vurur. O, xatırladıb ki, həmin müqavilə ilk növbədə ABŞ-nin mövqeyi nəticəsində pozulub.

Qiymət Mahir

tag: Böyük Britaniya,Almaniya,Rusiya,London,todaypress.tv,