Çin və Malayziya arasında vizasız gediş-gəliş razılaşması qüvvəyə mindi

Dünya

17.07.2025 18:30

Çinlə Malayziya arasında qarşılıqlı vizadan azad olunma haqqında razılaşma iyulun 18-dən qüvvəyə minib. Yeni qayda hər iki ölkənin vətəndaşları üçün vizasız səyahət imkanlarını genişləndirir.

TodayPress TV xəbər verir ki, razılaşmaya əsasən, Çin və Malayziya vətəndaşları etibarlı ümumi pasportla qarşılıqlı şəkildə vizasız ölkəyə daxil ola, çıxa və ya tranzit keçid edə bilərlər.

Hər səfər maksimum 30 gün, 180 günlük dövrdə isə ümumilikdə 90 gündən çox olmamalıdır.

Bu razılaşma 2024-cü ilin aprelində imzalanmışdı və əvvəlki sınaq rejiminin rəsmi şəkildə təsdiqlənməsi kimi qiymətləndirilir. Çin turistləri 2024-cü ilin ilk yarısında Malayziyaya 3,8 milyon səfər ediblər ki, bu da ASEAN-dan kənar ölkələr arasında ən yüksək göstəricidir.

Malayziya-Çin Araşdırmaları Mərkəzinin rəhbəri Azman Ucanq bildirib ki, vizasız rejim xalqlar arasında əlaqələri gücləndirib və hökumətlər tərəfindən dəstəklənir. Onun sözlərinə görə, bu, qarşılıqlı inamı artıraraq uzunmüddətli əməkdaşlıq üçün möhkəm əsas yaradır.

Qiymət Mahir

tag: Çin,Malayziya ,Viza,ASEAN,Todaypress.tv,