Rusiya qəzaya uğrayan təyyarə hadisəsilə bağlı komissiya yaratdı

Rusiya qəzaya uğrayan təyyarə hadisəsilə bağlı komissiya yaratdı
24.07.2025 13:20 Dünya

Rusiya Federasiyasının Baş naziri Mixail Mişustin Amur vilayətində "AN-24" sərnişin təyyarəsinin qəzaya uğraması ilə bağlı nəticələrin aradan qaldırılması üçün hökumət komissiyası yaradıb.

TodayPress TV xəbər verir ki, bu barədə Rusiya Nazirlər Kabinetinin "Telegram" kanalında məlumat verilib.

Bildirilib ki, komissiyaya nəqliyyat naziri Andrey Nikitin rəhbərlik edəcək. Onunla birlikdə Rusiya Federal Aviasiya Agentliyinin (Rosaviatsiya) rəhbəri Dmitri Yadrov da yaxın vaxtlarda hadisə yerinə yola düşəcək.

Töhfə Səməd

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər