Rusiya NATO kontingentlərinin artmasından narahatdır

Dünya

28.05.2025 16:30

Rusiya xarici işlər naziri Sergey Lavrov NATO-nun Rusiya ilə sərhəd bölgələrində hərbi kontingentlərini artırmasından ciddi narahatlıq ifadə edib.

TodayPress TV “Gazeta.ru”ya istinadən xəbər verir ki, Lavrov bu fikirləri beynəlxalq təhlükəsizlik üzrə yüksək səviyyəli nümayəndələrin görüşündə səsləndirib. 

Onun sözlərinə görə, alyansın sərhəddəki mövcudluğu İsveç və Finlandiyanın NATO-ya qoşulmasından sonra əhəmiyyətli dərəcədə genişlənib.

“Sərhəd xətti, əvvəllər neytral olan İsveç və Finlandiyanın alyansa daxil edilməsindən sonra xeyli uzanıb. Anlamaq olmur, onlar neytral statusda yaşamaqlarından nədən narazı idilər?”, – deyə Lavrov qeyd edib.

Nazir bu prosesin Avropada təhlükəsizlik balansını pozduğunu və gərginliyi artırdığını vurğulayıb.

Qiymət Mahir

tag: Rusiya ,Sergey Lavrov,NATO,İsveç ,todaypress.tv,