Rusiya Dneprə raket və PUA zərbələri endirdi
Dünya
10.10.2025 09:46
Rusiya ordusu Dnepr şəhəri və Dnepropetrovsk vilayətinin bir neçə rayonuna raket və pilotsuz uçuş aparatları ilə zərbələr endirib. Nəticədə enerji infrastrukturu zədələnib və yanğınlar baş verib.
TodayPress TV "Ukrinform"a istinadən xəbər verir ki, Vilayət Hərbi Administrasiyasının rəhbəri Serxii Lısakın məlumatına görə, partlayışlar Dnepr, Kamianske və Krivoy Roq rayonlarında eşidilib. 66 yaşlı kişi yaralanıb və xəstəxanaya yerləşdirilib.
Sinelnıkove rayonunda kombayn, yük maşını və köməkçi tikili yanıb. Mykolaivka icmasında isə Rusiya PUA-sı şəxsi evi vuran zaman dağıntıya səbəb olub.
Nikopol rayonu da artilleriya və “Qrad” atəşi ilə atəşə tutulub, Nikopol və Marhanets şəhərləri zərər görüb
Hərbi Hava Qüvvələrinin məlumatına əsasən, hava hücumundan müdafiə qüvvələri bölgə üzərində 60 PUA-nı məhv edib.
Jalə Rövşən
tag: Dnepr ,Rusiya ,PUA,Serxii Lısak,Todaypress.tv,
